Maşın aşıb, xəsarət alanlar var

28 Sentyabr 2022 07:21

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az