Futbol üzrə İspaniya millisi Millətlər Liqasının A divizionunun 2-ci qrupunun qrup mərhələsinin altıncı turunda Portuqaliya yığmasını səfərdə 1:0 hesabı ilə məğlub edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüş sentyabrın 27-də Braqada keçirilib. Qolu 88-ci dəqiqədə Alvaro Morata vurub.
İspaniya komandası 11 xalla qrupda birinci, Portuqaliya millisi ikinci (10), İsveçrə komandası üçüncü (9), Çexiya komandası turnir cədvəlində dördüncü olub (4). İspaniya yığması pley-off mərhələsinə vəsiqə qazanıb.
Millətlər Liqasının pley-off mərhələsi 2023-cü il iyunun 14-dən 18-dək keçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
27 sentyabr
A Liqası, 2-ci qrup
Portuqaliya - İspaniya 0:1
Qol: Morata, 88.
İsveçrə - Çexiya 2:1
Qol: Freuler, 29. Embolo, 30 - Şik, 45.
Xal: İspaniya - 11. Portuqaliya - 10. İsveçrə - 9. Çexiya - 4.
B Liqası, 1-ci qrup
Ukrayna - Şotlandiya 0:0
İrlandiya - Ermənistan 3:2
Qol: Eqan, 18. Obafemi, 52. Breydi, 90+1-pen - Daşyan, 71. Spertsyan, 73.
Xal: Şotlandiya - 13. Ukrayna - 11. İrlandiya - 7. Ermənistan - 3.
B Liqası, 2-ci qrup
Albaniya - İslandiya 1:0
Qol: Lenyani, 35.
Xal: İsrail - 8. Albaniya - 4. İslandiya - 3. Rusiya - 0.
B Liqası, 4-cü qrup
İsveç - Sloveniya 1:1
Qol: Forsberq, 42 - Sesko, 28.
Norveç - Serbiya 0:2
Qol: Vlahoviç, 42. Mitroviç, 54.
Xal: Serbiya - 13. Norveç - 10. Sloveniya - 6. İsveç - 4.
C Liqası, 2-ci qrup
Yunanıstan - Şimali İrlandiya 3:1
Qol: Pelkas, 14. Masuras, 55. Mantalos, 80 - Laveri, 18.
Kosovo - Kipr 5:1
Qol: Musliya, 22. Rudani, 45+1. Raşani, 47. Muriqi, 52; 84 - Roberqe, 81.
Xal: Yunanıstan - 15. Kosovo - 9. Kipr - 5. Şimali İrlandiya - 5.
Milli.Az