Yeni Zelandiya Kadırova qarşı sanksiyalar tətbiq edib

27 Sentyabr 2022 23:56

Yeni Zelandiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Çeçenistan rəhbəri Ramzan Kadırov da daxil olmaqla, 19 rusiyalıya qarşı əlavə sanksiya tətbiq edib.

Bunu sentyabrın 27-də Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta bildirib.

"Ukrayna açıq şəkildə bildirir ki, ona kömək etmək üçün görə biləcəyimiz ən mühüm tədbir sanksiyaları davam etdirmək və bu münaqişədə dəstəyi davam etdirməkdir. Biz bunu edirik", - deyə XİN rəhbəri bəyan edib.

Qeyd edək ki, bundan öncə ABŞ da Kadırov və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Kadırovun özünə, onun arvadları və qızlarına şamil edilib.

Milli.Az