İranlı din xadiminin nəvələrinin açıq-saçıq FOTOLARI

27 Sentyabr 2022 22:43

İranın nüfuzlu din xadiminin qız nəvələrinin açıq-saçıq və lüks həyatlarının şəkilləri yayılıb.

Milli.Az lent.az-a xəbər verir ki, bu barədə iranlı jurnalist Purya Zeraəti öz "Twitter" hesabında yazıb:

"Tehranın cümə imamı və Ekspertlər Şurasının üzvü Məhəmməd Emami Kaşaninin qız nəvələri Vüsal və Vina Emami bu günlərdə Tehranın göbəyində əyləncəli həyat keçirməklə məşğuldurlar. Onların babası isə cümə namazlarında sadə və abırlı yaşamaqla bağlı xalqa davamlı tövsiyələr verir ki, bunlardan sadəcə iki nümunəni qeyd edirəm:

- Övladlarınıza deyin ki, ləzzətlərdən imtina etsinlər.

- İffət və hicab hamının xeyrinədir".

Milli.Az