Ukrayna Rusiyaya malların ixracına qadağa qoydu

27 Sentyabr 2022 22:31

Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

Hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.

Milli.Az