Rusiya “referendumlar”ın ilkin nəticələrini açıqladı

27 Sentyabr 2022 21:07

Ukraynanın Donetsk, Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən "referendumlar"da səsvermə başa çatır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ilkin nəticələr qaçqınların və diplomatik korpusun səs verə biləcəyi Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gəlir.

Donetskdə bülletenlərin 22,48%-dən çoxunun işlənməsindən sonra 98,35%, Luqanskada səslərin 51,76%-nin sayılmasından sonra 97,93%, Zaporojyedə protokolların 60%-nin işlənməsindən sonra 97,75%, Xersonda isə səslərin 61%-nin sayılmasından sonra seçicilərin 96,44% faizi bu ərazilərin Rusiyaya birləşdirilməsinə tərəfdar olduqları bildiriliblər.

Milli.Az