Azərbaycanın Baş Qərargah rəisi Gürcüstana gedir

27 Sentyabr 2022 18:02

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Kərim Vəliyev səfər çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Zaqatala, Cəlilabad, Kürdəmir və Şəkidə şəhidlər dəfn edilib - FOTO - YENİLƏNİB 1
Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Milli.Az