Bu gün şəhidlərimizi qürur və fəxrlə yad edirik - Elşad Həsənov

27 Sentyabr 2022 17:32

27 Sentyabr vətən uğrunda canından keçmiş şəhidlərimizin anım günüdür. Biz bu gün onları hörmət və fəxrlə yad edirik.

Bunu Trend-ə politoloq Elşad Həsənov bildirib.

O qeyd edib ki, onların şəhidliyi ilə azad etdikləri torpaqlar bizim vətənimizdir.

"O torpaqlar 30 il erməni işğalı altında oldu. Lakin biz hər gün səbrsizliklə gözlədik, çalışdıq ki, güclü iqtisadiyyatımız, siaysətimiz olsun və torpaqlarımızı azad edək. Bizim vətənpərvər gəncliyimiz yetişdi. Ordu quruculuğuna xüsusi önəm verildi. Qələbə sevincini yaşamaq üçün Ali Baş Komandının rəhbərliyi ilə biz 44 günlük İkinci Qarabağ Müharibəsində zəfər qazandıq.

Biz hər cəhətdən düşməndən üstün idik. Çünki biz haqq yolundaydıq, öz torpaqlarımızı işğaldan azad edirdik. Bunu orta yaşlı nəsil gözəl bilirdi ki, ermənilər bizim torpaqlarmızı işğal edə bilməzdi. Həmin dövrdə erməniləri dəstəkləyən siyasi elitalar onlara böyük hərbi dəstək göstərdilər. Tarixin şərəfli bir səhifəsini bizim şəhidlərimiz yazdı. Bu gün biz sözün əsl mənasında şəhidlərimizi qürur və fəxrlə yad edirik. Anım Günü bizim üçün kədər günü yox, qürur, iftixar günüdür. Çünki vətən oğulları sayəsində başımız dik, alnımız açıqdır", - deyə E.Həsənov bildirib.

Milli.Az