BMT Cənubi Qafqazda sülhün əldə olunmasına sadiqdir

27 Sentyabr 2022 15:44

BMT əvvəlki kimi Cənubi Qafqazda sülhün və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması işinə sadiqdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

"Sentyabrın 27-də biz Ermənistanla Azərbaycan arasında münaqişədə həlak olanları yad edirik, həlak olanların yaxınlarına dərin hüznümüzü bildiririk. BMT əvvəlki kimi Cənubi Qafqazda sülhün və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması işinə sadiqdir", - BMT-nin İkinci Qarabağ müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

Milli.Az