Daha bir azərbaycanlı Türkiyədə saxlanıldı: Bu dəfə...

27 Sentyabr 2022 16:20

Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, İstanbul şəhərində keçirilən əməliyyatlar zamanı ümumilikdə 120 nəfər saxlanılıb. Onların 33-ü Əfqanistan, 21-i Pakistan, 3-ü Banqladeş, 1-i Anqola və 1-i Azərbaycan vətəndaşıdır.

Ölkəyə qaçaq yollarla miqrant gətirən 2 nəfər də həbs edilib.

Miqrantla isə yerli miqrasiya orqanına yerləşdirilib.

Milli.Az