"Muhteşem yüzyıl"ın möhtəşəm elçiliyi: Hürrəmin sevgilisi var

9 Aprel 2012 13:19
Sən demə, aktrisa sevgilisi Can Ateş ilə martın 1-də, "Sen kimsin?" filminin qala-premyerasında tanış olub.

Milli.Az "Vatan"a istinadən bildirir ki, Məryəmlə Canı tanış edən isə "Muhteşem yüzyıl" teleserialında Validə Sultan rolunu oynayan tanınmış aktrisa Selen Görgüzel olub.

"Filmin premyerasına ərim və Canla birlikdə getmişdik. Can qonşumdur, onu uşaq yaşlarından tanıyıram. Orada Məryəmi gördüm. "Can, nə olar, bu qızla tanış ol, onunla evlən: əla, gözəl xanımdır" deyərək zarafat etdim. Daha sonra söylədim ki, teleserialda bir çalışdığımız Məryəmə bələdəm, mənə qonşu gəlsin. Sən demə, Can bu sözləri ciddi qəbul etdi və Məryəmlə tanış oldu", - Selen Görgüzel deyib.

Can Ateşin əvvəllər Ebru Akel və Selin Ortaçlı ilə yaxın təmasları olmuşdu.

Milli.Az