Sabah cəbhə xəttində monitorinqdir
12 May 2010 10:22
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, monitorinqin Azərbaycan Respublikasının Tərtər rayonunun Qızıloba kəndinin qərb istiqamətindəki təmas xəttində keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcək.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor iştirak edəcək.
Milli.Az