Qarabağdakı Azərbaycan bayrağının əbədi dalğalanmasını arzu edirik - Türkiyə səfirliyi

27 Sentyabr 2022 11:25

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım günü münasibətilə "Twitter"də paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"27 sentyabr - Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!"

Milli.Az