Məşhur musiqişünası vəfat etdi

27 Sentyabr 2022 12:27

Moskvada rus və sovet musiqişünası Lev Ginzburq 92 yaşında vəfat edib.

Milli.Az olay-a istinadən yazır ki, bu barədə "112" telegram kanalı məlumat yayıb. Bildirilib ki, Ginzburqun ölüm səbəbi hələ dəqiqləşdirilməyib, dəfnin tarixi və yeri məlum deyil.

Qeyd edək ki, o, 80-ci illərdə sovet musiqiçilərinin xaricə qastrol səfərlərini təşkil edib və bu işi müasir Rusiyada davam etdirib. Ginzburg həm də müasir rus və xarici musiqi haqqında sənədli filmlər üçün ssenarilər yazıb.

Milli.Az