İşğaldan azad olunmuş ərazilərimizdə yeni məktəblər tikilir

27 Sentyabr 2022 10:59

İşğaldan azad olunmuş ərazilərimizdə yeni məktəblər tikilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini bildirib ki, hazırda Şuşa, Ağdam və Cəbrayılda məktəb tikintisi davam edir.

"30 ilə yaxın dövrdə bizim Qarabağda tarixi abidələrimiz, milli mədəni irsimizin nümunələri, eyni zamanda təhsil ocaqları məhv edilib, 600-ə yaxın tarixi abidə, 1000-ə yaxın təhsil müəssisələri dağıdılıb. Bu gün fərəh hissi ilə qeyd etməliyok ki azad olunan ərazilərdə quruculuq işləri aparılır, ölkə başçısının tapşırığı ilə böyük layihələr həyata keçirilir",- nazir müavini deyib.

Milli.Az