“El-Klasiko”nun vaxtı dəqiqləşdi

27 Sentyabr 2022 15:48

İspaniya La Liqasının "Real" - "Barselona" matçının vaxtı dəqiqləşib.

Milli.Az apasaport-a istinadən bildirir ki, IX tura təsadüf edəcək "El-Klasiko" oktyabrın 16-da keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Matç Madriddəki "Santyaqo Bernabeu"da təşkil olunacaq.

Qeyd edək ki, 6 turdan sonra "Real" 18 xalla birinci, "Barselona" 16 xalla ikincidir.

Milli.Az