Kobranın ağzından canlı ilan çıxdı - VİDEO

27 Sentyabr 2022 18:28

Hindistanda acgöz kobra digər ilanı bütövlüklə udmağa çalışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Madhya Pradeş ştatının Hoşanqabad şəhərində qeydə alınıb.

Görüntülərdə sürünənin çox yediyi və böyük ovunu həzm edə bilməyərək qaytardığı əks olunub.

Qeyd edək ki, bir çox ilan növləri özlərindən daha böyük ovu yeməyə qadir olsalar da, nadir hallarda öz həmcinslərini udurlar.

Milli.Az