Kubada yen Ailə məcəlləsi qəbul edilib

27 Sentyabr 2022 07:52

Kubada referenduma çıxarılmış yeni ailə məcəlləsi qəbul edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ümumxalq səsverməsində iştirak edənlərin 66%-dən çoxu yeni məcəllənin lehinə, 33%-i isə əleyhinə səs verib. Mərkəzi seçki Komissiyasının sədri Alina balseyro bildirib ki, referendumla yeni məcəllə qəbul edilib. Səsvermədə iştirak göstəricisi 74% olub.

Yeni Ailə məcəlləsinə uşaq və yaşlıların hüquqları genişləndirilib, həmçinin surroqat analığa icazə verilib. Gələn həftədən etibarən yeni qanun 1975-ci ildə qəbul edilmiş məcəlləni əvəz edəcək.

Milli.Az