Britaniyada yeni kral şifrəsi təqdim olunub

27 Sentyabr 2022 08:04

Bukinqem sarayı Böyük Britaniyanın yeni kralı 3-cü Çarlzın şifrəsini təqdim edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, monoqram bu gündən etibarən rəsmi sənədlərdə, hökumət binalarında və məktublarda əks olunacaq.

Yeni monoqram "CIIIR" formasındadır və geniş forması "Charles III Rex" (Rex - latınca kral) şəklindədir.

Milli.Az