Azərbaycan XİN 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO

26 Sentyabr 2022 23:43

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviter hesabında 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik".

Milli.Az