Hikmət Hacıyev Koln Kahl ilə görüşüb

26 Sentyabr 2022 22:29

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Koln Kahl ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Milli.Az