Rus ordusunun üç komanda məntəqəsi vuruldu

26 Sentyabr 2022 22:15

Rus ordusunun üç komanda məntəqəsi və üç sursat anbarı vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Qeyd olunur ki, gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası 20-yə yaxın zərbə endirib.

Milli.Az