Makron Paşinyanı qəbul edib

26 Sentyabr 2022 22:06

Fransa prezidenti Emmanuel Makron Parisdə işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Görüşdə ikitərəfli əlıaqələr və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Makron qeyd edib ki, 2 ölkə arasında danışıqlar bərpa olunmalıdır.

Milli.Az