Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirakdan imtina etdi

26 Sentyabr 2022 20:00

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimlərinin sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılır.

Milli.Az