Gürcüstana getmək istəyən rusiyalılara sərhədi piyada keçməyə icazə verildi

26 Sentyabr 2022 18:54

Gürcüstana getmək istəyən rusiyalılara sərhədi piyada keçməyə icazə verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Bildirilib ki, rəsmi olaraq, "Yuxarı Lars" sərhəd-keçid məntəqəsi sərhədi piyada keçmək üçün nəzərdə tutulmayıb. Bu addım sərhəddə uzun tıxaclarda gözləmə vaxtını azaltmaq üçün atılıb.

Milli.Az