Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir - "Global Firepower"

26 Sentyabr 2022 18:26

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyində qalmaqdadır.

Trend bu barədə "Global Firepower" beynəlxalq reytinqinə istinadən cavab verir.

Qeyd olunur ki, Azərbaycan reytinqdə ikinci il ard-arda 142 ölkə arasında 63-cü yerdə qərarlaşır. Gürcüstan reytinqdə 88-ci, Ermənistan 98-ci yerdə dayanır.

Reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi kimi cəhətlər qiymətləndirilir.

Milli.Az