İraq parlamentinin spikeri istefa verdi

26 Sentyabr 2022 17:08

İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi vəzifəsindən istefa verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə spiker özü elan edib.

O, parlamentə müraciət edərək yeni spikerin seçilməsi üçün sentyabrın 28-də səsvermənin keçirilməsini xahiş edib.

Qeyd edək ki, İraqda son bir neçə ay ərzində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Milli.Az