“Kurtlar Vadisi Pusu”: İsgəndəri yaxalamaq istəyən Poladı böyük sürpriz gözləyir - VİDEO
12 May 2010 10:17
90-cı seriyada bir çox suala cavab tapmaq mümkün olacaq. İsgəndər Böyük kim tərəfindən satıldığını öyrənə biləcəkmi? Polad onunla görüşmək istəyən İncidən nə tələb edəcək? İsgəndər İncinin Poladla görüşdüyünü öyrənəndə nə edəcək? Mematini İskəndərin tələsinə düşürmək istəyən Zaza pusqunu harda quracaq? Basqına Abdulheyi də özü ilə aparan Memati Zazanın pusqusundan necə xilas olacaq? Terror təşkilatının yeni şəhər lideri Zazadan istədiyini almaq üçün kiminlə görüşəcək? Zaza Leyla Zara Aynaçının tələblərini bu dəfə qəbul edəcəkmi? Polad və adamlarını pusquya düşürmək istəyən İsgəndər nəyə məruz qalacaq? İsgəndəri yaxalamaq istəyən Poladı gözləyən böyük sürpriz nədir?
Bu və digər suallara mayın 13-də "Kurtlar Vadisi Pusu" serialının 90-cı seriyasında cavab tapmaq mümkün olacaq.