“Fərəc” duasının qaydası Mövlanın mübarək dilindən

27 Sentyabr 2022 23:20

Əbul Hüseyn ibni Əbi Bəğəl saray katibi idi. O, nəql edir: "Vəzir Əbu Mənsur ibni Salihan ilə aramızda münaqişə baş vermişdi və mən onunla dava edəndən sonra gizləndim və qaçmağa başladım.

Gecəni Kazımeynə getdim və iki İmamın (ə) hərəmində qalmağı qərara aldım. Dua və münacat etmək istədim. Yağışlı gecə idi və külək əsirdi. Hərəmin gözətçisindən istədim ki, qapını bağlasın və mən də rahat şəkildə dualarımı edə bilim. O, qapını bağlayandan sonra mən rahat şəkildə dua və münacat etməyə başladım.

Anidən Həzrət Musa ibni Cəfərin (ə) qəbri yanında ayaq səsləri eşitdim. Bir nəfər gördüm ki, gəldi və hərəmin yanında ziyarəti oxumağa başladı. Adəmə (ə), Ulul-əzm peyğəmbərlərə (ə) salam verdi.

Sonra da İmamlara (ə) bir-bir salam verməyə başladı. İmam Zaman ağaya (ə.f) çatan zaman salam vermədi və mən çox təəccüb etdim. Düşündüm ki, yəqin ki, məzhəbi bu cürdür. Ziyarəti bitirən kimi iki rükət namaz qıldı və sonra da mənim yanıma gəldi.

İmam Cavadın (ə) qəbrinin yanında ziyarəti oxudu və iki rükət namaz qıldı. Mən ondan qorxmağa başladım. Çünki onu tanımırdım. O, cavan idi və əyninə ağ paltar geyinmuşdi və çiynində əbası var idi.

Sonra mənə buyurdu: "Ey Əbəl Hüseyn ibni Əbi Bəğəl! "Fərəc" duasından niyə qafilsən?". Dedim: "Ağacan, o, hansı duadır?". Buyurdu: "İki rükət namaz qılırsan və sonra deyirsən:

یامن اظهر الجمیل و ستر القبیح، یا من لم یؤاخذ بالجریرة و لم یهتك الستر، یا عظیم المنّ یا كریم الصفح یا حسن التجاوز یا واسع المغفرة... أسالك بحق هذه الاسماء و بحق محمد و آله الطاهرین الاّ ما كشفت كربى و نفست همّى و فرجت غمى و أصلحَت حالى

Sonra dua edir və hacətini istəyirsən. Sonra sağ yanağını torpağa qoyur həmin halda yüz dəfə deyirsən:
یا محمد یا على، یا على یا محمد، اكفیانى فانكما كافیاى و انصرانى فانكما ناصراى

Sonra da sol yanağını yerə qoyub yüz dəfə deyirsən:
ادركنى : الغوث، الغوث، الغوث bunu nəfəsin tükünənə qədər deyirsən.

Bu halda Allah Öz kərəminə görə sənin hacətini, inşəallah, yerinə yetirər".

Mən onun buyurduğu kimi əməl etdim. Sonra da gözətçinin yanına getdim ki, həmin şəxsin kim olduğunu soruşam. Gördüm ki, qapıları bağlıdır və təəccübləndim.

Elə bildim ki, o, da mənim kimi hərəmdə qalmaq istəyənlərdən biridir. Gözətçidən həmin şəxsin kim olduğunu soruşdum. O, dedi ki, qapılar hələ də bağlıdır və heç kəs içəri girməmişdir.

Həmin şəxsin əlamətlərini ona verdim və mənə dedi ki, o, bizim mövlamız İmam Zaman ağadır (ə). Mən dəfələrlə gecə vaxtı onu hərəmdə görmüşəm.

Mən İmamı (ə) tanımadığıma görə təəssüfləndim. Mən səhər hərəmdən çıxdım və Bağdada qayıtdım. Gördüm ki, ibni Salihanların məmurları məni axtarır və özləri ilə vəzirdən amannamə gətiriblər.

Mən bəzi dostlarımla bir yerdə vəzirin yanına getdim və o, məni görən kimi ayağa qalxdı və məni qucaqladı. Dedi: "İş o yerə gəlib çatıb ki, məndən İmam Zaman ağaya (ə) şikayət edirsən".

Dedim: "Mən ancaq dua etmişəm". Vəzir dedi: "Vay olsun sənə! İmam Zaman ağa (ə) cümə gecəsi mənim yuxuma girdi və mənə əmr etdi ki, sənə yaxşılıq edim".

Mən də başıma gələnləri ona danışdım və mənə İmama xatir çoxlu yaxşılıqlar etdi".

Milli.Az