“İnsanların tər qoxusu nəfəsimi kəsir”

26 Sentyabr 2022 16:20

"Baxımlı olmaq, mənə görə ilk növbədə hər gün duş almaqdır".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında yazıb.
Bəzi şəxslərin şəxsi gigiyenaya diqqət etmədiyindən söz açan Aynişan onlara antiperspirant almağı tövsiyə edib.

"Bəzi insanların tər qoxusu mənim nəfəsimi kəsir. Özləri necə dözürlər buna, anlaya bilmirəm. Elementar, təmiz bədən, saç və dişlər... bu hamının bacara biləcəyi bir şeydir. Antiperspirant isə təxminən beş manat. Minimum bir ay gedir", - deyə A.Quliyeva bildirib.

Milli.Az