Ukrayna cənub istiqamətində ağır itkilər verdi - "Nyu York Tayms"

26 Sentyabr 2022 12:49

Ukrayna Silahlı Qüvvələrinin komandanlıq xətaları və sursat çatışmazlığı səbəbindən cənub istiqamətində ağır itkilər verdik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbçiləri "Nyu York Tayms" qəzetinə müsahibəsində deyiblər.

"Əsgərlər və komandirlər döyüş meydanındakı itkiləri əhəmiyyətli və genişmiqyaslı adlandırıblar", - materialda deyilir.

Əsgərlərdən birinin sözlərinə görə, problem Ukrayna Silahlı Qüvvələrinin artilleriya hazırlığı olmadan hücuma keçməyə çalışmasıdır. Digər əsgər isə jurnalistlərə etiraf edib ki, Ukrayna ordusunda sursat yoxdur.

Milli.Az