Putin belə müqavimət gözləmirdi

26 Sentyabr 2022 21:00

Rusiyada səfərbərliyin elan edilməsi Kiyevin Putindən "daha ağıllı" olması anlamına gəlir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.

"Ukraynaya daxil olmaqla Putin strateji səhv etdi. Düşünürəm, ukraynalılar daha ağıllı oldu. Ukraynalıların Rusiya müdaxiləsinə necə müqavimət göstərdiyini gördük. O, (Putin-red.) azad dünya tərəfindən belə müqavimət gözləmirdi", - deyə Trass bildirib.

Milli.Az