Avtomobili aşıran sürücü ağır yaralanıb - FOTO

26 Sentyabr 2022 07:07

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi "Naz Lifan" markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az