NASA Yerə doğru uçan asteroidin məhvini məşq edəcək

25 Sentyabr 2022 23:59

Sentyabrın 26-da Yerdən 6,5 milyon mildən çox məsafədə kosmik zond Yerə doğru uçan asteroidlə toqquşacaq. Tədbir NASA tərəfindən canlı yayımlanacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, DART adlanan missiya toqquşmadan istifadə edərək planeti asteroiddən xilas etmək imkanlarını qiymətləndirmək üçün nəzərdə tutulub.

"Bu, Yer üçün təhlükə yaratmayan asteroid üzərində real eksperiment aparmaq üçün nadir fürsətdir", - "Planetary Society" qeyri-kommersiya təşkilatının baş alimi Bryus Betts bildirib.

O, DART missiyasını "bəşəriyyət üçün irəliyə doğru böyük addım" adlandırıb. Belə ki, missiya alimlərə planetlərin ən məşhur müdafiə ideyalarından birini qiymətləndirməyə kömək etməklə yanaşı, onu praktikada sınamaq üçün maraqlı üsul təqdim edəcək.

DART zondunun hədəfi Dimorfos adlı asteroiddir. O, Didimos asteroidinin orbitində fırlanır. Elm adamları zərbənin asteroidin orbitini və uçuş yolunu dəyişib-dəyişdirməyəcəyi barədə dəqiq fikir əldə etməyə ümid edirlər.

Milli.Az