Xırdalanda 17 yaşlı gənci avtomobil vurub öldürdü

25 Sentyabr 2022 23:57

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil 2005-ci il təvəllüdlü Qasımlı Elcan Şənlik oğlunu vurub.

17 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az