Sabirabadda yanğın olub

25 Sentyabr 2022 23:00

Sabirabad şəhərində ümumi sahəsi 90 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində 3 ədəd dəzgah və taxta materiallar yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az