“Xarici dayılara və xalalara güvənmək məqsədəuyğun deyil” - Belarusun xarici işlər naziri

25 Sentyabr 2022 21:08

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri kimi addımlar yalnız münaqişələri qızışdırmağa xidmət edir.

Bunu bazar günü Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakına yekun vurarkən deyib.

"Ona görə də, bu cür səfərlər müəyyən münaqişələrin aradan qaldırılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək. Xarici dayılara və xalalara güvənmək məqsədəuyğun deyil", - Makey bəyan edib.

Milli.Az