İspaniyanın Baş naziri koronavirusa yoluxub

25 Sentyabr 2022 18:43

İspaniyanın Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxduğunu açıqlayıb.

Bu barədə Sançes tviter səhifəsində yazıb.

"Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım", - baş nazir yazıb.

Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib.

"Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm", - hökumət başçısı bildirib.

Milli.Az