19 ildən sonra evdə məğlub oldular

25 Sentyabr 2022 19:16

İspaniya millisi 19 ildən sonra öz meydanında rəsmi oyunda məğlub olub.

Luis Enrikeninin komandası Millətlər Liqasının 5-ci turunun İsveçrə ilə görüş 1:2 hesabı ilə uduzub.

Bununla da İspaniya yığması 56-cı ev qarşılaşmasında məğlub olub.

İspanlar daha əvvəl 2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

Milli.Az