Feyzabad şəhərində partlayış: ölən var

25 Sentyabr 2022 19:11

Əfqanıstanın Bədəxşan vilayətində baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə vilayətin inzibati mərkəzi olan Feyzabad şəhərində baş verib. Partlayışın səbəbi barədə məlumat verilməyib.

Milli.Az