Əfqanıstanın şimalında partlayış baş verib

25 Sentyabr 2022 18:48

Əfqanıstanın Bədəxşan vilayətində baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Tolo News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə vilayətin inzibati mərkəzi olan Feyzabad şəhərində baş verib. Partlayışın səbəbi barədə məlumat verilməyib.

Milli.Az