"Toyumda 13 gəlinlik geyinəcəyəm"

25 Sentyabr 2022 18:04

Türkiyəli müğənni İbrahim Tatlısəsin özü kimi ifaçı olan qızı Dilan Çıtak Tatlısəs son açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə ay əvvəl nişanlanan müğənni toy hazırlıqlarına başladıqlarını bildirib. O, son zamanlar gəlinlərin toylarında birdən çox gəlinlik geyinməsinə də toxunaraq mövzuya zarafatla yanaşıb:

"Hər şey hazırdır, amma gəlinlik bəyənə bilmədim, hələ də bunun təlaşı içindəyəm. Son zamanlar əksəriyyət toylarda 3 və ya 4 gəlinliyə üstünlük verir. Toyumda 13 gəlinlik geyinəcəyəm. Zarafat bir yana, bəyəndiyim 2 model var, ikisini də geyinəcəyəm. Şahidlərim də dəqiq deyil, çünki onlar məşğul adamlardır, hələ dəqiqləşməyib, 2 nəfər olacaq".

Qeyd edək ki, Dilan 4 ildir münasibətdə olduğu sevgilisi Levent Dörtellə mayda nişanlanıb.

Milli.Az