Qırğızıstan və Tacikistan arasında razılaşma oldu

25 Sentyabr 2022 15:52

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində aparılıb.

Taşiyev deyib ki, protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.

Milli.Az