Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcını zərərsizləşdirdi

25 Sentyabr 2022 14:50

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.

Milli.Az xəbər verir ki, bu barədə caliber.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.

Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.

Milli.Az