Xersonda otel raketlə vuruldu, sabiq deputat öldü

25 Sentyabr 2022 15:06

Rusiyanın nəzarətində olan Xerson şəhərindəki "Play Hotel by Ribas" otelinə raket zərbəsi endirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün yerli vaxtla saat 05.30 radələrində endirilən raket zərbəsi nəticəsində iki nəfər ölüb, yaralananlar var.

Ölənlərdən biri Ukrayna Ali Radasının V və VI çağırış deputatı Aleksey Juravkodur.

Milli.Az