Çavuşoğlu Yaponiyaya səfər edəcək

25 Sentyabr 2022 15:38

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik bildirib ki, M.Çavuşoğlu Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin rəsmi dəfn mərasimində iştirak etmək üçün 26-27 sentyabr 2022-ci il tarixlərində Yaponiyaya səfər edəcək.

Nazirin səfər çərçivəsində Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa ilə də görüşü gözlənilir.

Milli.Az