"Mazda" Rusiyada avtomobil istehsalını dayandıra bilər

25 Sentyabr 2022 11:24

Yaponiyanın avtomobil istehsalçısı "Mazda" Rusiyada avtomobil istehsalını tamamilə dayandırmaq imkanını nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Yaponiya şirkəti Vladivostokda "Sollers Auto" ilə birgə müəssisədə avtomobil istehsal edir. Hazırda Ukraynadakı vəziyyətlə əlaqədar istehsal dayandırılıb. İndi isə "Mazda" ortaq biznesdən tamamilə çıxmaq istəyir.

Milli.Az