Külək Bakıda ağacı aşırdı

25 Sentyabr 2022 09:48

Ötən gecə güclü külək Bakıda fəsadlara yol açıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Yasamal rayonu, E.Abdullayev küçəsi 20 ünvanında qarajın qarşısında ağac aşıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları aşan ağacı kəsərək ərazini təmizləyir.

Milli.Az