İranda etirazlar zamanı 41 nəfər ölüb

24 Sentyabr 2022 23:56

İranın SNN telekanalı dövlət televiziya və radiosuna istinadən ölkədə keçirilən etiraz nümayişlərində qeyri-rəsmi məlumata görə 41 nəfərin öldüyünü bildirib.

Daxili İşlər Nazirliyinin məlumatında iddia edilir ki, bəzi şəhərlərdə iğtişaşlar yatırılıb və nəqliyyatın hərəkəti nizamlansa da, Tehranın şimal və qərb hissələrində, eləcə də bir sıra qəsəbələrində iğtişaşçılar ümumi əmlaka ziyan vurmaq və xüsusi əmlakı yandrmaqla məşğuldurlar.

Milli.Az