Özündən 21 yaş kiçik üçüncü həyat yoldaşından boşanır

24 Sentyabr 2022 22:31

Amerikalı Robin Rayt boşanır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyat yoldaşı Klement Jirodetdən boşanmaq üçün məhkəməyə müraciət edib. Buna cütlük arasında fikir ayrılığının olması səbəb göstərilib.

Məhkəməyə təqdim olunan sənədlərə görə, ikili artıq iyulda ayrılıb.

Qeyd edək ki, Robin özündən 21 yaş kiçik olan Klementlə 2017-ci ildə münasibətə başlayıb, 1 il sonra isə ailə qurublar. Bu, aktrisanın üçüncü evliliyidir.

Milli.Az